PDF Oxu

Siyasət

  • 42

Xidmətdə fəqlənənlər mükafatlandırılıb

Xidmətdə fəqlənənlər mükafatlandırılıb

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin yaranmasının iki illiyi münasibətilə hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, MMC-nin sədri Şahvələd Əliyev deyib ki, Azərbaycan Prezidentinin 13 iyul tarixli 681 saylı fərmanı ilə "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC yaradılıb. Yeni cəmiyyət vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerini yetirir.Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələri üçün xüsusi hərbi ixtisaslar üzrə daha geniş miqyasda mütəxəssislər hazırlanacaq: "Bununla belə ordu üçün mütəxəssisləri "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC hazırlayacaq. Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 14 may 2014-cü il tarixli 147 nömrəli Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı" təsdiq edilib. Bununla əlaqədar kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasından snayperlərin hazırlanması üçün lazımi sənədlər hazırlanıb".Daha sonra xidmətdə fərqələnənlər mükafatlandırılıb.

sia.az

Digər xəbərlər