Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Respublika Milli Qəhrəmanlar birliyinin sədri Mirbəşir Seyidzadənin müəllifi olduğu "Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir" mövzusunda "Ölümün bir addımlığında" kitabının və eyni adlı sənədli filmin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitabda və sənədli filmdə Azərbaycan gənclərinin pis vərdişlərdən azad olunması və narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə apsrılmasında hüquq-mühafizə orqanlarına cəmiyyətin dəstək verməsi ilə bağlı maarifləndirmə məqsədi daşıyır.Kitabın müəllifi yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışıb. O, Azərbaycan dövlətinin narkomaniyaya qarşı ciddi şəkildə mübarizə apardığını, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində müxtəlif işlər gördüyünü, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd edib. M.Seyidzadə narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğulayıb."Ölümün bir addımlığında" filminin ssenari müəllifi Mirbəşir Seyidzadə narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Tədbirdə dövlət və hökumət nümayəndələri, ölkənin aparıcı QHT-nin rəhbərləri və KİV nümsyəndələri iştiral edib.
sia.az