PDF Oxu

Siyasət

  • 33

Azər Həsrət ABŞ-dakı SENZURADAN DANIŞDI

Azər Həsrət ABŞ-dakı SENZURADAN DANIŞDI

"Senzuranın tədbiqi ABŞ-da çox geniş yayılıb və faktiki olaraq, heç bir dünya təşkilatları, beynəlxalq təşkilatlar, insan haqları təşkilatları buna heç bir reaksiya vermirlər"

"Bir neçə ay bundan öncə ABŞ-da yeni bir qanun təklifi irəli sürüldü və hazırda onun müzakirəsi gedir. Bu müzakirələrin əsas məqsədi ABŞ-ın təbliğat vasitələri olan "Amerikanın səsi", "Azadlıq" və "Azad Avropa" radioları, eyni zamanda "Azadlıq"ın Asiya bölməsinin fəaliyyətini əngəlləməkdir". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət ABŞ-n peşəkar jurnalist bilriklərinin ölkənin dövlət rəhbəliyinə senzuranın tədbiqinə qarşı göndərdikləri etiraz məktublarına münasibətini bildirərkən deyib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü bildirib ki, bu radioları dünyanın hər yerindən internet vasitəsilə də izləmək mümkündür. Ancaq ABŞ-ın dövlət strukturları onlara qarşı senzura tədbiqini gücləndirmək fikrindədir: "Yəni bu infiormasiya vasitələrini bir növ çərçivəyə salmaq üçün ABŞ-da ciddi qanun təklifi irəli sürülüb və bu qanunda açıq şəkildə deyilir ki, həmin radiokanallar, xüsusən də "Amerikanın səsi" radiosu həddindən artıq müstəqil mövqe sərgilədiyinə görə o ABŞ-ın siyasətini təbliğ etməkdən bir qədər yayınır. Ona görə də ABŞ bu radionun üzərinə və digər radioların da üzərinə müvafiq olaraq vəzifə qoymalıdır ki, həmin radiokanallar Amerikanın xarici işlər nazirliyinin departamentinin cızdığı çərçivədən kənara çıxa bilməsinlər. Yəni mən bəlkə də bunu bir az kobud şəkildə ifadə etdim. Ancaq sözügedən məsələnin məğzi məhz bundan ibarətidr. Faktiki olaraq, ABŞ rəsmən qanun çıxarıb və bu informasiya mənbələrinə senzura tədbiq etmək qərarındadır ki, onlar sərbəs, müstəqil yayım işləri ilə məşğul ola bilməsinlər".

Azər Həsrət hazırda dünyada ABŞ demokratiyası haqqında illyuziyalı fikirlərin mövcud olduğunu da qetyd edib: "Qaldı ki, ABŞ-ın jrunalist birliklərinin, jurnalist ictimaiyyətinin ABŞ hökumətinə etiraz etmələrinə, bu gün bütün dünya belə bir illyüziyaya qapılıb ki, Amerika Birləşmiş Ştatlarında hər şey əladır, orada bütün demokratik dəyərlərə hörmət edilir, orada bütün qanunlar işləyir və orada bütün azadlıqlar yüksək səviyyədə qorunur. Ancaq əslinə qalanda bu heç də belə deyil. Şəxsən mən ABŞ da daxil olmaqla bir çox Qərb ölkələrinin bu sahədə fəaliyyətini yaxından izləyən birisi kimi, tam məsuliyyətlə deyirəm ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycandakından qat-qat pis media mühiti mövcuddur. Yəni bu, üzdə görünmür. Məsələnin məğzinə və dərinliklərinə varanda görürsən ki, orada senzura, yəni rəsmi dövlət senzurası bu və ya digər şəkildə tədbiq edilir. Bundan başqa, rəsmən olmadan, amma dolayı yolla senzuranın tədbiqi ABŞ-da çox geniş yayılıb və faktiki olaraq, heç bir dünya təşkilatları, beynəlxalq təşkilatlar, insan haqları təşkilatları buna heç bir reaksiya vermirlər".

Azər Həsrət eyni zamanda sözügedən məsələyə təhlili yanaşaraq bildirdi ki, ABŞ mediasında bir neçə mətbuat orqanı var ki, onlar rəsmi qaydada Amerikanın siyasətinin bilavasitə təbliğatı ilə məşğuldurlar: "Məsələn, orada nə baş verir? Tutaq ki, ABŞ hansısa ölkədə bir əməliyyata başladığı zaman – deyək ki, İraqda, Əfqanıstanda, Liviyada, Suriyada eləcə də Misirdə baş verən prioseslər zamanı, hansı ki, Amerika bu işlərdə açıq ya da gizli şəkildə iştirak edir, senzuraya düşən informasiya vasitələrindən fərli olaraq, bu ölkənin "New York Times", "Washington Post", "Daily Telegraph", CNN, eləcə də digər aparıcı orqanları ABŞ-ın yürütdüyü siyasətin rəsmi təbliğatını aparır. Halbuki ABŞ İraqa müdaxilə etdiyi zaman, orada törətdiyi əməllər haqqında bütün dünyanın xəbəri oldu. Rəsmi mətbu orqanlar, tutaq ki, CNN törədilən əməlləri işıqlandırmağa elə də həvəsli görünmürdülər. Bütün bunlar isə məhz ondan qaynaqlanır ki, ABŞ-da rəsmi dövlət senzurası var və bu senzura tədbiq edildiyinə görə Amerika rəsmilərinə sual verəndə deyirlər ki, bizdə senzura yoxdur. Amma reallıqda bu senzura açıq-aşkar mövcuddur".

A.Həsrət ABŞ-ın, eyni zamanda Qərb ölkələrinin ölkəmizə demokratiya dərsi keçmək cəhdlərinə də münasibətini bildirərək vurğuladı ki, belə olan halda onların Azərbaycan kimi ölkəyə demokratiya yönündə ağıl öyrətməsi əlbəttə ki, yerinə düşmür: "Mən şəxsən dəfələrlə öz çıxışlarımda bu məsələləri qaldırmışam və Azərbaycan ictimaiyyətinin xüsusən diqqətini ona cəlb etməyə çalışmışam ki, illyüziyaya qapılmaq lazım deyil. Yəni ABŞ başda olmaqla bəzi Qərb ölkələri bizim kimi ölkələrin üzərində bir növ ağalıq etmək üçün bizə bu cür öz nağıllarını danışırlar. Amma təəssüf ki, özlərinə gəldikdə, həmin məsələlərin tədbiqindən yayınırlar. Bu isə ondan xəbər verir ki, dünyada hələ də ikili standartlar mövcuddur. Yəni Qərb ölkələri bizim üçün tədbiq etmək istədiklərini nəyə görəsə özlərinə tədbiq etmək həvəsində görünmürlər. Bu baxımdan, Azərbaycan insanının, Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin də bütün bunlardan bir dərs, nəticə çıxarması lazımdır. Necə olur ki, amerikalılar özlərinə gələndə bir şeyi deyib başqa şeyi edirlər, amma bizdən həmin məsələləri mütləq şəkildə tələb edirlər?!".

Azər Həsrət Azərbaycanda senzuranın olmadığını qeyd edərək bildirdi ki, ABŞ və digər Qərb ölkələri Azərbaycandan fərqli olaraq, senzura tədbiqində maraqlıdırlar: "Azərbaycan mediası təbii ki, rəsmi dövlət senzurasından azaddır, eyni zamanda Azərbaycanda istənilən KİV-lər istədiyi kimi fəaliyyət göstərir. Məsələn, fikir verisrisinzə, düşmən Ermənistanın informasiyaları Azərbaycanda rahat bir şəkildə yayımlanır və buna görə kimsə-kimsəyəsə gözün üstündə qaşın var demir. Yəni biz bu gün qalxıb, ermənilərin informasiyalarının qarşısını kəssək o saat ABŞ iddia edəcək ki, Azərbaycan senzura tədbiq edir. Halbuki, dediyim kimi, Amerika Birləşmiş Ştatlarının özü bu senzuranı ən yüksək səviyyədə, hətta prezident Brak Obama səviyyəsində tədbiq edir".

Xatırladaq ki, ABŞ-ın peşəkar jurnalist təşkilatları prezident Barak Obamanın administrasiyasını sərt şəkildə tənqid ediblər. Onlar dövlət rəhbərliyinə məktub ünvanlayaraq iddia ediblər ki, Amerika hökuməti siyasi motivdə olan informasiyaları sıxışdırır və senzura tədbiq edir.

sia.az

Digər xəbərlər