PDF Oxu

Siyasət

  • 41

MŞ bu ili Azərbaycanda "Həmkarlar təşkilatları ili" elan etdi

MŞ bu ili Azərbaycanda "Həmkarlar təşkilatları ili" elan etdi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Juralistlərinin Həmkarlar İttifaqı tərəfindən "Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi" layihəsinin təqdimatı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər qonaqlar iştirak edib.MŞ sədri Əflatun Amaşov deyib ki, bu günkü məsələ hər kəs üçün vacibdir: "Əksər redaksiyalarda həmkarlar təşkilatları yoxdur. Bu da jurnalistlə redaksiya arasında ən böyük əngəlllərdən biridir. Bu gün bəzi redaksiyalarda işçilərlə əmək müqavilələri belə bağlanmır. Bəs gəlin görək sizlər öz hüquqlarınızı qoruya bilirsinizmi? Əgər əmək müqavilələri bağlanarsa, bu redaksiyanın şəffaflığından xəbər verər.Artıq bu gündən gələn ilin 22 iyul Azərbaycan Milli Mətbuat gününə kimi Mətbuat Şurası, Azərbaycanda "Həmkarlar təşkilatları ili" elan edir. Bununla bağlı redaksiyalara gediləcək və işlərlə yerindəcə tanış olunacaq. Hesab edirəm ki, bununla da jurnalistlərin birliyi daha da möhkəmlənəcək.Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money- Kyrle Azərbaycanda həmkarlar təşkilatlarının yaradılmasına görə MŞ sədrinə təşəkkürünü bildirib: "Mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə sosial ədalət, işçi hüquqları, demokratiya, insan hüquqları, yoxsulluqla mübarizə və b. sosial problemlərlə mübarizə aparan jurnalistlərin bir yerə toplaşması ilə yaranıb. Bu gün 600.000 üzvü olan BJF-nin dünyanın 100 ölkəsində nümayəndəlikləri var. 1994-cü ildən müharibələrdə iştirak edən jurnalistləri aktiv şəkildə izləyir, onların təhlükəsizliyini və ehtiyaclarını təmin edir".Mərasimə diskussiya şəklində yekun vurulub.

sia.az

Digər xəbərlər