PDF Oxu

Siyasət

  • 38

Asəf Hacıyev: "Qlobal maliyə böhranına baxmayaraq Azərbaycan sürətlə inkişaf edir" MÜNASİBƏT

Asəf Hacıyev: "Qlobal maliyə böhranına baxmayaraq Azərbaycan sürətlə inkişaf edir" MÜNASİBƏT

"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin toplantısında çıxışı Azərbaycanda həyata keçirilən siyasətin bir davamı idi". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev Ötən gün Prezident İlham Əliyevin keçirdiyi müşavirəyə münasibətini bildirərkən deyib.

Asəf Hacıyev qeyd edib ki, bundan əvvəl Prezident İlham Əliyev Avropa Şurasında, ATƏT-in Bakıda keçirilən Parlament Assambleyasında çox parlaq bir çıxış etdi: "Azərbaycanın mövqeyini dünyaya çatdırıldı. Azərbaycan artıq formalaşmış, tam müstəqil bir ölkədir və heç bir təzyiqləri qəbul etmir. Bu da Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətidir. Nazirlər Kabinetinin toplantısında dövlət başçısı İlham Əliyevin çıxışında bir daha diqqətə çatdırıldı ki, dünyada davam edən qlobal maliyə böhranına baxmayaraq Azərbaycan sürətlə inkişaf edir. Müsbət tərəfi odur ki, Azərbaycanda qeyri-neft sektoru yüksək templə inkişaf edir. Bakıda 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunları bir daha onu göstərir ki, Azərbaycanın çox güclü siyasəti var. Bu baxımdan Azərbaycan tam müstəqildir. Azərbaycanın tam müstəqil və güclü iqtisadiyyata malik olması digər tərəfdən dünya üçün bir siqnaldır".

"Bildiyiniz kimi, bu gün dünyada gücə hörmət edirlər", - deyə vurğulayan YAP rəsmisi eyni zmanda qeyd edib ki, güc dedikdə təbii ki, fiziki güc nəzərdə tutulmur: "Söhbət iqtisadi gücdən gedir. Bu baxımdan, Azərbaycan artıq dünyada hörmətlə qəbul olunan bir ölkədir. Çünki onun güclü iqtisadiyyatı var. Digər tərəfdən bu qonşu Ermənistana da bir xəbərdarlıqdır. Təbii ki, Azərbaycan sülhsevər siyasət aparır, əsas məqsəd bütün problemləri sülhlə həll etməkdir. Amma, Ermənistan yenə də öz qeyri-konstruktiv siyasətini davam etdirərsə, Azərbaycan hərb yoluna əl ata bilər. Çünki, Azərbaycan üçün əsas məsələ ərazi bütövlüyüdür. Baxmayaraq ki, Azərbaycan beynəlxalq təşkilatlara daxil olarkən söz verib ki, münaqişəni sülh yolu ilə həll etsin. Bir də təkrar edirəm, əgər Ermənistan qeyri-konstruktiv mövqe tutarsa, Azərbaycan öz ərazi bütövlüyünü güclədə bərpa edə bilər və buna qadirdir".

sia.az

Digər xəbərlər