PDF Oxu

Siyasət

  • 48

YAP Şəmkir rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45 illiyini qeyd etdi

YAP Şəmkir rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45 illiyini qeyd etdi

Dünən YAP Şəmkir rayon təşkilatı 14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər. Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Evinin akt zalında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndərin 45 illik fəaliyyəti dövründə gördüyü işlər, Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə baş verən dəyişikliklərdən söz açıb.

Tədbirdə YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Abdulla Sadıqov, rayon Mədəniyyət və Turizm şöbəsi ilk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev, ilk partiya təşkilatı sədrlərindən Nəriman Verdiyev, Cavanşir Yusifov, Vahid Verdiyev, İdris Əbdürrəhmanov və başqaları Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərlik etməyə başladığı zaman Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən respublika kimi tanındığını qeyd ediblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən uzaqgörən siyasət nəticəsində respublikanın iqtisadi, elmi və kadr potensialı güclənmiş, bütün sahələrdə uğurlu addımlar atılmışdır. Çıxış edənlər vurğulayıblar ki, bu gün Ulu Öndərin uğurlu siyasəti Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ü.ƏSGƏROV

Digər xəbərlər