"Hər bir xalqın milli mətbuatı onun intellektual inkişaf göstəricilərindən biridir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, mətbuat cəmiyyətdə baş verən bu və ya digər dəyişiklikləri (keyfiyyət və kəmiyyət), bütün sferalarda baş verən ən müxtəlif hadisələri ayna tutaraq cəmiyyətə əks etdirən vasitədir: "Bu mənada Milli mətbuatın inkişafı hər bir xalq üçün prioritet məsələlərdən biridir. Azərbaycanda bu gün mətbuatın inkişafını təmin edəcək hüquqi əsaslar hələ, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Konsitutisiyasında öz əksini tapıb. Yəni fikir, söz və mətbuat azadlığı, fikir plüralizmi, insan və hüquq azadlıqları sözügedən Konstitusiyada əks olunub. Bu mənada deyə bilərik ki, hüquqi baxımdan Azərbaycanda mətbuatın inkişafını təmin edəcək bütün vasitələr mövcuddur. Təbii ki, mətbuat elə bir unikal ictimai institutdur ki, onun inkişafını təkcə qanuni əsasların bağlı deyil. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə milli mətbuatın inkişafı üçün çox mühüm qərarlar qəbul edib. Həmin qəbul edilən qərarlar həm mətbuatımızın inkişafını, həm də onun intellektual inkişafını təmin edib.Bu gün Azərbaycanda mətbuat-dövlət və mətbuat-cəmiyyət münasibətləri şəffafdır. Eyni zamanda mətbuatın maddi bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkşafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Bu Fond Azərbaycan mətbuatını maliyyələşdirən, onun maddi problemlərini həll edən xüsusi vasitə kimi çıxış edir. Hesab edirəm ki, ölkə mətbuatına bu cür diqqət və qayğı mətbuatın inkişafını əsaslandıran əsas amillərdən biridir. Lakin ölkə başçısının Azərbaycan mətbuata diqqəti bununla da kifayətlənmir. Ölkə rəhbəri daimi mətbuat işçilərinin, jurnalist peşəsinin ictimai nüfuzunun artırılması ilə bağlı müxtəlif addımlar atır. Bununla belə jurnalistlərin məişət problemlərinin həlli üçün xüsusi tədbirlər həyata keçirilir".
sia,az