PDF Oxu

Siyasət

  • 46

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan şərəfli yol

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan şərəfli yol

Mingəçevir şəhər icra hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibəti ilə tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Dahi Şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəlməsinin nəticələrindən və Onun Azərbaycan dövlətinin inkişafındakı rolundan danışıb.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yolun Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlandığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yüksək təşkilatçılıq və idarəçilik məharəti nəticəsində Azərbaycanı qısa zamanda dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olmuşdu. C.Yusubov həmin illərdə idarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahənginin təmin edildiyini vurğulayıb:"Ümummilli Liderin o dövrdə həyata keçirdiyi geniş quruculuq işləri strateji xarakter daşımış, Azərbaycanın bugünkü müstəqilliyinə xidmət etmişdi".

Natiq hazırda Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd edib. Qeyd edək ki, Mingəçevir şəhərində "14 iyul 1969-cu il Azərbaycan xalqının tarixi dönüş günü" adı altında təşkil olunan konsert proqramı tədbir iştirakçılarına təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər