PDF Oxu

Siyasət

  • 39

ULU ÖNDƏR, DAHİ LİDER

ULU ÖNDƏR, DAHİ LİDER

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 45-ci ildönümü Şirvan şəhərində böyük coşqu ilə qeyd olunub

Şirvan şəhər icra hakimiyyəti və YAP Şirvan şəhər təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələri qoyaraq, Onun xatirəsini ehtiramla yad etdilər. Rayonun Olimpiya İdman Kompleksində keçirilən tədbiri Şirvan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin inkişafında Onun xüsusi xidmətlərindən danışdı: "1969-cu il 14 iyul. Bu tarix xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsasının qoyulduğu gündür". Məhz 1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəsinə gəldi. Xalqın ən ağır günündə rəhbər seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 45 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir".

Tədbirdə "Şirvan OYL" Əməliyyat Şirkətinin meneceri İltizam Yusifov "Heydər Əliyevin neft strategiyası", "Cənub" Elektrik Stansiyasının direktoru Fəzail Süleymanov "Heydər Əliyev və Azərbaycan energetikasının inkişaf mərhələləri", Anadolu Universitetinin tələbəsi Yusif Poladov "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxış etdilər. Çıxış edənlər bildirdilər ki, 1969-cu il 14 iyul xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsasının qoyulduğu gün kimi yaşayır. Məhz həmin tarixdən 45 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir. Həmin dövrdən bəri nəsillər dəyişsə də, Ulu Öndərin qoyduğu siyasi-iqtisadi və ideoloji kurs xalqın bütün təbəqələri tərəfindən dəstəklənir. Çünki Azərbaycan xalqının taleyində 14 iyul 1969-cu il şərəfli tarixi bir gündür.

Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "O, Heydər Əliyev idi" adlı filmə tamaşa etdilər.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər