PDF Oxu

Siyasət

  • 62

“Azərbaycanda gizlin layihələrin həyata keçirilməsi qeyri-mümkündür” AÇIQLAMA

“Azərbaycanda gizlin layihələrin həyata keçirilməsi qeyri-mümkündür” AÇIQLAMA

Umud Rəhimoğlu: "Çox təəssüf ki, beynəlxalq qurumların böyük əksəriyyəti özlərinə sərf edən təşkilatlarla birgə layihə həyata keçirir"

"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi heç də düzgün addım deyil". Bunu SİA-ya Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu deyib.Sədr müavinin sözlərinə görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi – USAID uzun illərdir Azərbaycanda layihələr həyata keçirən bir strukturdur: "USAID ABŞ dövlətinin birbaşa siyasətini həyata keçirən qurumdur.Qrantın verilməsi əvvəlcədən mətbuata elan edilməli və cəmiyyət bu barədə məlumatlandırılmalıdır. Beləcə, qranta iddialı təşkilatlar öz iddiasını ortaya qoymalıdır. Bundan sonra isə seçim prosesi gəlir və həmin seçilmiş təşkilatlar maliyyələşirlər. Amma bu prosedurun gizlin saxlanılması sual doğurur. Bir sözlə bu, təqdirolunan məsələ deyil.Hərhalda Azərbaycanda kifayət qədər inkişafetmiş vətəndaş cəmiyyəti var və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Amma çox təəssüf ki, beynəlxalq qurumların böyük əksəriyyəti özlərinə sərf edən təşkilatlarla birgə layihə həyata keçirir. USAID özünün işlədiyi bəzi qurumlarla daima əməkdaşlıq edir. Təbii ki, bu da çoxlu suallar doğurur. Mən çalışacam ki, bu barədə araşdırma aparım və bütün bunların nədən qaynaqlandığını ortalığa çıxarım. Azərbaycanda artıq bu gizlin layihələrin həyata keçirilməsi qeyri-mümkündür.Azərbaycan dövlətinin bu istiqamətdə söz deyə biləcək kifayət qədər Vətəndaş cəmiyyəti qurumları var. Mən heç inanmıram ki, bu məsələ Azərbaycan ictimaiyyətinin diqqətindən kənarda olsun. Bütün bunlara baxmayaraq, Mətbuat Şurası da bu barədə araşdırmalarını davam etdirəcək".

sia.az

Digər xəbərlər