"Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri böyük əhəmiyyət daşıyır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Azərbaycan-İtaliya arasındakı münasibətlərdən danışarkən deyib.Millət vəkilinin sözlərinə görə, İtaliya dünyanın inkişaf etmiş yeddi ölkəsindən biridir: "İtaliya Azərbaycanın ən mühüm ticarət ortağıdır. Azərbaycanla İtaliya arasında tarixən sıx əlaqələr olub. İtaliyada partizan hərəkatında azərbaycanlılar iştirak edib. Bununla belə İtaliyanın faşizm zülmündən xilas olunmasında azərbaycanlıların xüsusi rolu olub. Müstəqillik şəraitində Azərbaycan-İtaliya münasibətləri zəngin yol keçib.Bu yolda mühüm bir səhifəni cənab Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri təşkil etdi. Səfər zamanı imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açır və ölkələrimizi bir-birimizə daha da yaxınlaşdırır, münasibətlərin yaxşılaşmasında müstəsna rol oynayır. Bu mənada ölkə başçısının bu səfəri faydalıdır. Hesab edirəm ki, bu əlaqələr əməkdaşlıqda yeni imkanlar açır".
sia.az