PDF Oxu

Siyasət

  • 55

Siyavuş Novruzovdan Rauf Mirqədirovun vəkillərinə TUTARLI CAVAB

Siyavuş Novruzovdan Rauf Mirqədirovun vəkillərinə TUTARLI CAVAB

"Bu adamlar casusluğu siyasi motivlərlə pərdələməyə cəhd göstərirlər"

"Heç bir insanı səbəbsiz yerə həbs etmirlər, ona qarşı həbs qətimkan tədbiri seçmirlər". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov casusluqda ittiham olunan "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı Rauf Mirqədirovun vəkillərinin Milli Təhlükəsizlik Nazirliyinin adıçəkilən şəxslə bağlı ictimailəşdirdiyi faktlara qarşı qeyri-obyektiv bəyanat səsləndirmələrinə və Nazirliyin erməni xüsusi xidmət orqanları ilə birgə Mirqədirovu komrometasiya (gözdən salma) etməsi iddialarına münasibəti bildirərkən deyib.

YAP rəsmisi bununla bağlı qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyi öz işinin öhdəsindən kifayət qədər məsuliyyətlə gəlir və burada Nazirliyin fəaliyyətinə qarşı hər hansı ittihamın irəli sürülməsi yersizdir. Çünki Nazirlik çox ciddi faktlara əsaslanaraq ictimaiyyəti bu barədə məlumatlandırıb: "Bir var ki, hüquq mühafizə orqanlarının hansısa bir qolu olsun, biri də var ki, milli təhlükəsizlik sistemi olsun! Əgər milli təhlükəsizlik sistemi bu zamana qədər çox məsuliyyətli bir orqan kimi bir addım atırsa, demək ortada çox ciddi faktlar var".

Siyavuş Novruzov Rauf Mirqədirovun vəkillərinin arqumentsiz, əsassız bəyanat vermələrini məsələnin siyasiləşdirilməsinə cəhd olduğunu vurğulayıb və onu da bildirib ki, bu iş istiqamətində həbs olunmalı olan adamlardan biri də Leyla Yunusdur: "Son zamanlar fikir verirəm ki, adlarını vəkil qoyan adamlar və hüquq müdafiə təşkilatları bir dənə də olsun hüquqi arqument gətirmədən məsələləri siyasiləşdirməyə çalışırlar. Məsələn, sözügedən faktla əlaqədar Leyla Yunus da məsuliyyətə cəlb olunmalıdır. Çünki erməni kəşfiyyatı ilə gizli iş birliyinin əsas təşkilatçılarından biri də, məhz Leyla Yunusdur. Lakin Leyla Yunus artıq üçüncü dəfədir ki, prokurorluğun çağırışına getmir. Bu baxımdan, prokurorluğun çağırışlarına getmədiyi təqdirdə onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Bu faktor bizim qanunda da təsbit olunub".

Millət vəkili Rauf Mirqədirovun vəkillərinin, eləcə də Leyla Yunusun sözügedən məsələni siyasiləşdirmək üçün manipulyasiya etdiklərini vurğulayıb və bildirib ki, onlarda heç bir hüquqi arqument olmadığına görə, indi də bu yollara əl atırlar: "Əslində, Leyla Yunusa da bu lazımdır. Yəni o istəyir ki, onu həbs etsinlər. Yaxud da mətbuatda ölkə rəhbərliyinə qarşı böhtan, şər, qarayaxma, təhqirlər ifadə etməyə başlayıblar! Çünki sabah Leyla Yunusu casusluq üstündə həbs etdikdə həmin ünsür başlayacaq bəyanatlar yaymağa ki, onu siyasi baxışlarına və fikirlərinə görə həbs ediblər. Yəni bunlar hamısı aydın məsələdir. Ona görə də bu adamlar hüquqi arqumentlərə deyil, məhz şantaja və müxtəlif manipulyasiyalara gedərək, casusluğu siyasi motivlərlə pərdələməyə cəhd göstərirlər".

sia.az

Digər xəbərlər