PDF Oxu

Siyasət

  • 50

Əli Həsənov: “Girov götürülmüş azərbaycanlılarla görüşün alınmaması BQXK-nın fəaliyyətini şübhə altına alır”

Əli Həsənov: “Girov götürülmüş azərbaycanlılarla görüşün alınmaması BQXK-nın fəaliyyətini şübhə altına alır”

"Ermənistan tərəfi əsir və girov götürülmüş şəxslərlə davranış qaydalarını tənzimləyən beynəlxalq aktları pozur". SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.Məsələnin Prezident tərəfindən nəzarətə götürüldüyünü deyən baş nazirin müavini bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara tapşırıq da verilib: "Onlar haqda xəbər yayıldıqdan dərhal sonra cənab prezident bu məsələni şəxsən nəzarətə götürdü, müvafiq qurumlara tapşırıqlar verdi. Onun göstərişinə əsasən mən BQXK-nın Bakı ofisinin rəhbərliyi ilə görüşdüm. Onlar da İrəvan və Xankəndi ofisləri ilə əlaqə saxlayıblar. Ancaq bu günə qədər girov götürülən Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb. Biz bilirik Ermənistanda onlara qarşı hansı vəhşilikləri edirlər. Hazırda düşmən əlində olan şəxslər əsil vətənpərvər insanlardır. Təəssüf edirəm ki, Azərbaycan parlamentinin üzvləri, yüksək vəzifəli şəxslər, QHT nümayəndələri arasında Dilqəmi, Şahbazı qınayanlar var, amma unutmaq lazım deyil ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. Bir kəs ki, ölümü gözə alıb doğulduğu yerlərə gedir, deməli o, çox vətənpərvər adamdır. Üzümü həmin qınaq dolu müsahibələr verən adamlara tutub deyirəm ki, bəsdir, belə şeylərə yol vermək olmaz!"Ə. Həsənov vurğulayıb ki, Ermənistan rəhbərliyi və xüsusi xidmət orqanları başa düşməlidir ki, hansısa erməni Azərbaycana əsir düşə bilər, onda Azərbaycan tərəfi Şahbaz və Dilqəmə qarşı yol verilən amansızlıqları həmin erməniyə tətbiq edə bilər: " Ermənistan anlamalıdır ki, bizim aidiyyəti orqanlarımız soydaşlarımıza qarşı amansızlıqlara göz yummayacaq".Ə. Həsənov həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ciddi xəbərdarlıq edib.O bildirib ki, girov götürülmüş azərbaycanlılarla bir həftə ərzində görüşün alınmaması BQXK-nın fəaliyyətini şübhə altına alır: "Azərbaycan tərəfinə əsir düşənlərin, girov olanların hansına işgəncə verilib? Nə üçün Azərbaycan tərəfinə bir erməni girov düşən kimi BQXK Azərbaycan hökumətinə müraciət edir və dərhal görüş təmin edilir. Ermənistan tərəfi nə üçün etmir? Ona görə də mən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdə ciddi xəbərdarlıq etdim ki, əgər buna nail olmasalar, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər... Zəhmət çəkib tədbir görsünlər".

sia.az

Digər xəbərlər