PDF Oxu

Siyasət

  • 45

Bu ilin birinci yarısı paytaxtın Yasamal rayonu üçün uğurlu olub

Bu ilin birinci yarısı paytaxtın Yasamal rayonu üçün uğurlu olub

İyulun 18-də Yasamal Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlərlə bağlı yığıncaq keçirildi.

AzərTAc xəbər verir ki, toplantıda rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, bu il rayonda həyata keçirilən tədbirlər müxtəlifliyinə və həcminə görə əvvəlki illərdən xeyli çox olub. Bu tədbirlərin icrasına cəlb olunan şəxslərdən çox böyük diqqət, operativlik, intizam və məsuliyyət hissi tələb edilir.

İ.Mehdiyev əmin etdi ki, Yasamal rayonunda Prezident İlham Əliyevin bütün tapşırıq və göstərişlərinin icrası vaxtında və yüksək keyfiyyətlə təmin olunacaq.

AzərTAc

Digər xəbərlər