PDF Oxu

Siyasət

  • 24

Umud Rəhimoğlu: “Artıq jurnalistikada keyfiyyət dəyişiklikləri baş verir ”AÇIQLAMA“

Umud Rəhimoğlu: “Artıq jurnalistikada keyfiyyət dəyişiklikləri baş verir ”AÇIQLAMA“

"Media və cəmiyyət mövzusu kifayət qədər aktual məsələdir". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu media və cəmiyyət münasibətlərindən danışarkən deyib.\Onun sözlərinə görə, bu, əslində toplumu maraqlandıran ən vacib məsələlərdən biridir: "Medianın nə dərəcədə işləməsi bir növ cəmiyyətin fəallığından asılıdır. Bu mənada hesab edirəm ki, Azərbaycan mətbuatı son bir ildə kiyafət qədər uğurlar əldə edib. Həm mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşması, həm də mətbuatımızda keyfiyyət baxımından xeyli dərəcədə dəyişikliklər nəzərə çarpır. Son bir ildə jurnalistika ilə bağlı daha bir yeniliyə imza atıldı. Belə ki, jurnalistika ixtisasına yiyələnmək istəyənlər üçün qabiliyyət imtahanları tətbiq olundu. Bildiyiniz kimi, vaxtilə təsadüfi insanlar test imtahanı verərək jurnalistika ixtisasına yiyələnirdilər. Amma artıq bu problem öz həllini tapıb.Bununla belə daha bir yenilik ötən il Prezident İlham Əliyevin jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etməsi idi. Burada 156 jurnalist yeni mənzillərlə təmin olundu. Təbii ki, bu da jurnalistlərimizin sosial durumunun yaxşılaşması istiqamətində atılan ən ciddi addımlar sırasında idi.Artıq jurnalistikada müəyyən keyfiyyət dəyişiklikləri baş verir. Bu da əsasən insanların müxtəlif sahələr üzrə ixtisaslaşması ilə bağlıdır".

sia.az

Digər xəbərlər