PDF Oxu

Siyasət

  • 29

Milli QHT Forumu Səs İnformasiya Agentliyini mükafatlandırdı

Milli QHT Forumu Səs İnformasiya Agentliyini mükafatlandırdı

Bu gün Milli Qeyri-Hökumət Təşkilatları Forumu 22 İyul - Milli Mətbuat günü münasibəti ilə tədbir keçirib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni rəhbəri olduğu qurumun 15 ildən çoxdur KİV ilə əməkdaşlıq etdiyini deyib.Rauf Zeyni MQF-nin fəaliyyətini daim işıqlandırdıran mətbuat qurumlarına təşəkkürünü çatdırıb, tədbirin əsasən iki məqam üzrə keçirildiyini qeyd edib: "Birinici məqsədimiz, qurumun fəaliyyətini mütamadi işıqlandıran KİV orqanlarını mükafatlandırmaq və təşəkkürnamələrimizi onlara çatdırmaqdır. İkinci məqsədimiz isə Azərbaycanda uzun illərdir fəaliyyət göstərən iki böyük vətəndaş cəmiyyəti institutu – Milli QHT forumu ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlıdır".Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərlər çıxış edərək Azərbaycan milli mətbuatının yaranma tarixi barədə danışıblar. Onlar iki böyük qurum arasında imzalanan sənədin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıblar.Sonra Milli QHT Forumu ilə Azərbaycan Mətbuat Şurası arasında Anlaşma Memorandumu imzalanıb və ölkənin bir neçə aparıcı Kütləvi İnformasiya Vasitəsi Milli QHT Forumu tərəfindən Milli Mətbuatın, QHT-lərin və Vətəndaş cəmiyyətinin inkişafında göstərdikləri xidmətə görə xüsusi təşəkkürnamə ilə təltif olunublar.Mükafata layiq görülənlər arasında Səs İnformasiya Agentliyi də olub.

sia.az

Digər xəbərlər