PDF Oxu

Siyasət

  • 51

Heydər Əliyev adına Bakı neft emalı zavodunda müasir avtomatik idarəetmə sistemlərinin tətbiqi davam etdirilir

Heydər Əliyev adına Bakı neft emalı zavodunda müasir avtomatik idarəetmə sistemlərinin tətbiqi davam etdirilir

Heydər Əliyev adına Bakı neft emalı zavodunda 54 nömrəli qurğuda doymuş amin məhlulunun regenerasiya blokunun tikinti-quraşdırma işlərinə başlanılıb.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hazırda mexaniki, elektrik və nəzarət-ölçü cihazları sahələri üzrə quraşdırma-sazlama işləri davam etdirilir. Qurğuda texnoloji prosesin idarə edilməsi HS 900 tipli avtomatik idarəetmə sistemi ilə həyata keçiriləcək. Qurğuda yeni alınmış sərf, təzyiq, səviyyə və temperatur vericiləri, eləcə də tənzimləyici klapanlar quraşdırılacaq. Sahə cihazları ilə sistem arasında əlaqə xətləri yerləşdirmək üçün artıq mühafizə novları quraşdırılıb.

Operator zalında HS-900 tipli kotrollerin yerləşəcəyi otağın bərpasına, tənzimləyici klapanların və səviyyəölçən cihazların quraşdırılmasına başlanılıb. Qurğuda həyata keçirilən işlərin avqustun 20-dək başa çatdırılması nəzərdə tutulur.

Zavodda 31 nömrəli katalitik riforminq qurğusunda da müasir tipli avtomatik idarəetmə sisteminin tətbiqi üzrə cihaz və avadanlıqların yeniləri ilə əvəz olunmasına başlanılıb. Bu istiqamətdə işlər uğurla davam etdirilir.

AzərTAc

Digər xəbərlər