Bələdiyyə seçkiləri ərəfəsində bir sıra müxalifət partiyalarının prosesdə iştirakı sual altındadır. SİA-nın məlumatına görə, bununla bağlı münasibətini bildirən Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, müxalifət partiyalarının bir çoxu cəmiyyətdə özlərini təqdim etdikləri kimi görünmürlər.
Onun sözlərinə görə, özlərini cəmiyyətə siyasi güc kimi göstərmək istəyən partiyaların sayının və elektoratının yetərincə olmaması bu zəifliyin məntiqi nəticəsidir: "Bu da onlara bələdiyyə seçkilərində namizəd irəli sürməyə imkan vermir. Onlar seçkidə iştirak etsələr, o zaman özlərini cəmiyyətə gurultulu formada təqdim edənlərin əslində, arxasında heç bir qüvvənin olamayacağı ortaya çıxacaq. Ona görə də bu partiyalar öz zəifliklərini cəmiyyətə göstərməmək üçün müxtəlif bəhanələrlə bələdiyyə seçkilərindən yayınmağa üstünlük verirlər. Çox güman ki, qarşıdakı bələdiyyə seşkilərində biz bunun bariz nümunəsinin şahidi olacağıq".
sia.az