PDF Oxu

Siyasət

  • 35

Şahin Seyidzadə: “Hər zaman əməkdaşlığa açıq olmaq vacibdir” MÜNASİBƏT

Şahin Seyidzadə: “Hər zaman əməkdaşlığa açıq olmaq vacibdir” MÜNASİBƏT

"İnformasiya bəşəriyyətin əsas hərəkətverici qüvvələrindən hesab olunur". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə sosial şəbəkədə media nümayəndələrinə təbrik müraciətində deyib.Sədrin sözlərinə görə, bəşəriyyətin əsas informasiya təminatçısı qismində mətbuat orqanları çıxış edir: "Onlar Dövlət strukturları, biznes qurumları və cəmiyyəti informasiya ilə təmin edir, həm də onlar arasında münasibətin formalaşmasına təsir edir. Sözsüz ki, bu heç də asan başa gəlmir, onlar tez-tez çətin şəraitlərdə insanları məlumatla təmin etmək üçün çalışırlar. Bunun üçün də onların fəaliyyətini qiymətləndirmək və hər zaman əməkdaşlığa açıq olmaq vacibdir.Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 19 illik fəaliyyətinin bütün mərhələlərində mətbuat orqanları ilə əməkdaşlığa xüsusi diqqət ayırıb, dəfələrlə jurnalistlərin bilik və bacarıqlarının artırılması, asudə vaxtının səmərəli keçirilməsi üçün yay məktəbləri, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ofisində məlumat turları və başqa tədbirlər təşkil edib, həyata keçirilən bütün tədbirlərə mətbuatın dəvət olunmasına xüsusi önəm verib. Təşkilat və onun üzvlərinin fəaliyyəti mətbuat orqanları tərəfindən daima işıqlandırılıb. Əlbəttə, bu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən yüksək qiymətləndirilir.Çox xoşdur ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə hər il mütəmadi olaraq 22 iyul "Milli Mətbuat və Jurnalistika Günü" kimi qeyd olunur.Azərbaycanın ən böyük gənclər platforması olan ARGTMŞ və ona üzv olan 111 gənclər təşkilatı adından, gənclərin fəaliyyət və təşəbbüslərinin işıqlandırılmasında zəhmət çəkən, bu şərəfli vəzifənin öhdəsindən uğurla gələn hər bir jurnalisti təbrik edir və onlara uğurlar arzu edirəm".

sia.az

Digər xəbərlər