ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bugün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.SİA bu barədə həmsədrin öz "Twitter" səhifəsinə istinadən xəbər verir. Uorlik səhifəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək və Dağlıq Qarabağ münaqişəsində sülhə nail olunmasını müzakirə etmək üçün Brüsselə getdiyini qeyd edib."Biz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmağa çalışırıq"- deyə, həmsədr əlavə edib.
sia.az