YAP İsmayıllı rayon təşkilatı rayonda epidemoloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi barədə rayonda qəbul olunmuş qərarın icrasına bütün təbəqələrdən olan qadınların daha geniş cəlb edilməsi məqsədilə şəhər qadınları ilə görüş keçirib.Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova respublikamızda uğurla həyata keçirilən iqtisadi inkişaf strategiyasından danışıb: "Son 10 il ölkənin sosial, siyasi və mədəni həyatında milli dirçəliş və intibah dövrü kimi daxil olub. Bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmiş, dövlətimizin beynəlxalq nüfuzu, dünya birliyində mövqeyi və əhəmiyyəti daha da artmış, zəngin Azərbaycan mədəniyyəti ümumbəşəri dəyərlərə inteqrasiya etmişdir. Azərbaycanın hərtərəfli uğurları, cəmiyyətimizdə baş verən ciddi, müsbət dəyişikliklər Ulu Öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, parlaq şəkildə davam etdirilməsi nəticəsində mümkün olmuşdur".O, qeyd edib ki, Azərbaycan son illər ərzində həm regionda, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Respublikamızın hər bir guşəsində tikinti-quruculuq, abadlıq, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yeni-yeni layihələr, möhtəşəm tədbirlər həyata keçirilir.Ə.Vahabova bildirib ki, son illərdə ətraf mühitin qorunub saxlanılması, məişət tullantılarından təmizlənməsi istiqamətində görülən işlər ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanır. Belə tədbirlərdən birincisinin Bakı şəhərinin Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" layihəsi təcrübəsi digər rayonlar üçün nümunə olmalıdır. Ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllı rayonunun da bu layihəyə qoşularaq "Təmiz şəhərdə yaşa" devizi altında "Gələcək öz əlimizdədir" layihəsinin icrasına başlanması bu sahədə əhalinin maarifləndirilməsi və insanların belə tədbirlərə cəlb olunması məqsədilə aparılan məqsədyönlü işlər tezliklə öz bəhrəsini verəcək.Rayon təşkilat sədri bildirib ki, bilavasitə Prezident Cənab İlham Əliyevin İsmayıllıya göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, "Azərbaycanın mirvarisi"nə çevrilən İsmayıllıda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb: "Təmiz şəhərdə yaşa" layihəsinin həyata keçirilməsi İsmayıllının simasını tamamilə dəyişəcək, onu daha da gözəlləşdirəcək. Bu layihənin uğurla həyata keçirilməsini təmin etmək məqsədilə əhali arasında, xüsusən də qadınlarla maarifləndirmə tədbirlərinin aparılması, bu sahəyə könüllü fəalların cəlb olunması, əhalinin müxtəlif yaş təbəqələrindən olan insanların bu layihənin icrasına cəlb və səfərbər edilməsi tezliklə rayonumuzun daha da müasirləşməsi, ekoloji cəhətdən nümunəvi bölgəyə çevrilməsinə öz töhvələrini verəcək".Görüşdə çıxış edən fəal qadınlardan Şərqiyyə Abbasova, Rəsmiyyə Baxışova, Kövsər Abbasova əhali tərəfindən bu layihənin razılıqla qarşılanmasını və əhəmiyyətini qeyd etməklə yanaşı, bütün qadınların onun icrasında fəal iştirakının zəruriliyini bildiriblər.
ZÜMRÜD