Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür. SİA-nın məlumatına görə, bununla əlaqədar "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi, Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri, keçmiş döyüşçülər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.Şəhidlərin məzarları üzərinə tər gül dəstələri düzülüb, "Əbədi məşəl" kompleksi önünə əklil qoyulub.Daha sonra "Türk Şəhidliyi" ziyarət olunub.Qeyd edək ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir. Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib.
sia.az