PDF Oxu

Siyasət

  • 42

Baş nazirin müavini: “Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl qəhrəmandırlar”

Baş nazirin müavini: “Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl qəhrəmandırlar”

"Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər insanlar, qəhrəmanlardır. Onları qınamaq olmaz. Əgər kimsə onları qınayırsa, onlarla razı deyiləm". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.Ə. Həsənov qeyd edib ki, Kəlbəcərdə girov götürülən azərbaycanlılar öz qohum-əqrəbalarını, valideynlərinin qəbrini ziyarət etmək üçün doğma yerlərinə, vətənlərinə gediblər: "Biz vətənpərvərlikdən danışırıq. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə əsl nümunədir".Baş nazirin müavini bildirib ki, Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlılardan biri öldürülüb, iki nəfər isə ermənilərin əlindədir: "O insanlara müxtəlif ləkələr yaxırlar. Onlara gah "diversant" deyirlər, gah da hansısa cinayət törətdiklərini bildirirlər. Özləri məlumat yaydılar ki, Kəlbəcərə Azərbaycan "diversantları" gəlib. Sonra özləri yaydılar ki, Kəlbəcərdə yaşayan ermənilər qorxuya düşüb qaçırlar. Daha sonra da dedilər ki, biz çətinliklə onların qarşısını almışıq. Dediklərinə görə, Dilqəm və Şahbaz dəfərlərlə Kəlbəcərə gediblər. Onlar o ərazilərə çox gedib-gəliblərsə, elə o zaman da hadisə törədə bilərdilər! İndi Kəlbəcərdə 17 yaşında bir oğlan ölüb. Cinayət işinin üstünü aça bilmirlər. İndi açılmayan nə qədər cinayət varsa, yıxacaqlar azərbaycanlıların üstünə" .

sia.az

Digər xəbərlər