PDF Oxu

Siyasət

  • 37

Kəlbəcərdə girov götürülmüş azərbaycanlının öldürülməsi ilə bağlı bəyanat yayılacaq

Kəlbəcərdə girov götürülmüş azərbaycanlının öldürülməsi ilə bağlı bəyanat yayılacaq

Əli Həsənov: "BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra bu təşkilat nəticə çıxararaq əməli fəaliyyətə keçib"

Bu günün sonunda Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birlikdə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı birgə bəyanat yayacaq. SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.Azərbaycan tərəfinin Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı BQXK nümayəndələri ilə tez-tez görüşlər keçirdiyini deyən Baş nazirin müavini bildirib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: "Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var. Neçə gün keçib. Nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki onların başlarına min oyun açırlar. Onlara işgəncələr verirlər, danışdırırlar, müxtəlif zərərli iynələr vururlar. Bir sözlə, min cür şey yeridirlər".Ermənilərin belə davranışlarına baxmayaraq, Əli Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb: "Bu məsələ ilk gündən Azərbaycan Prezidentinin diqqətindədir və onun tapşırığı ilə dövlət bu məsələ ilə məşğuldur. Ölkə başçısı məsələ ilə bağlı tapşırıqlarını verib. Mütəmadi olaraq da məsələ ilə əlaqədar məlumatlandırılır".Əli Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra bu təşkilat nəticə çıxararaq əməli fəaliyyətə keçib: "Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər".

sia.az

Digər xəbərlər