PDF Oxu

Siyasət

  • 37

Abşeronda “Duz Bayramı” keçirilib

Abşeronda “Duz Bayramı” keçirilib

Abşeron rayonunda, rayon İcra Hakimiyyətinin və "Azersun Holding"-in təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq "Duz Bayramı" keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq tədbirdə Masazır gölündə zavod təsis olunmamışdan öncə çıxarılan duzla, zavod istifadəyə verildiyi gündən bu günə qədər olan dövrdə duzun hansı yolla çıxıarılması və antisanitariya qaydalarını özündə təzahür edən video çarx nümayiş etdirilib.Tədbirdə millət vəkili Qənirə Paşayeva, Abşeron rayon icra hakimiyyətinin başçısının birinci müavini İradə Gülməmmədova, UNESCO-dan olan rəsmi qonaqlar, həkimlər, alimlər, media nümayəndələri, tanınmış incəsənət xadimləri, masazır kənd sakinləri, "Azersun Holding"-in nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Savaş Ozan duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq 2007-ci ildə "Azersun Holdinq" Azərbaycanda ilk duz rafinasiya zavodunun tikilməsi missiyasını öz üzərlərinə götürməsindən, bu layihəni Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirmələrindən və cənab Prezidentin zavodun açlışında iştirakından danışıb.Tədbirdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısının birinci müavini İradə Gülməmmədova qonaqları rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq, Abşeron rayonunda ilk dəfə keçirilən "Duz Bayramı" münasibətilə təbrik edib. O qeyd edib ki ,bu zavod həm dünya,həm də ölkəmiz üçün çox əhəmiyyət kəsb edir: "Çünki bu zavodun istehsal etdiyi duz çeşidləri ölkəmizin duza olan daxili təlabatını ödəməklə yanaşı, həm xarici bazarlara yerli məhsul ixrac edir, həm də bu duz insanların sağlamlığı üçün cox əlverişlidir. Masazır gölü əfsanəvi göldür, çünki bu göl səhərlər tünd-qırmızı rəngdə olur, günortadan sonra isə gölün rəngi dəyişir".Millət vəkili Qənirə Paşayeva deyib ki, əgər biz folklorumuza baxsaq görərik ki, duzun bizim adət-ənənələrimizdə necə bir yeri olduğunu aydın görünər: "Hətta biz duzun çörəyə bərabər olduğunu görərik. Sadiqlik və dostluq duz ilə təsdiqlənirdi. Ona görə ki, duz həmişə dəyişməz qalır, hətta suda həll edildikdən və duz məhlulu şəklində buxarlandırıldıqdan sonra qabın dibinə yenə də kub kristalları şəklində çökür. Bu, duzun dəyişməz olduğundan xəbər verir.İnşAllah biz bu bayramımızı tezliklə işğaldan azad edəcəyimiz Qarabağımızda gələn il qeyd edəcəyik".Daha sonra digər çıxış edənlər zavodu yaranmasını şərtləndirən amillərdən danışıblar və qonaqların və media nümayəndələrinin iştirakı ilə duz gölünə ekskursiya təşkil olunub.Bədii hissə ilə davam edən bayramda daha bir maraqlı məqam is gənc rəssamlar və heykəltəraşlar tərəfindən duzdan hazırlanmış müxtəlif incəsənət əsərləri oldu. Burada duzdan hazırlanmış heykəllər və müxtəlif rəsm əsərləri sərgiləndi ki, bu da qonaqlar tərəfindən çox yüksək qiymətləndirildi. Bayramda kənd sakinləri və digər qonaqlar üçün "Azərsun Holdinq" tərəfindən iftar süfrəsi açıldı.Bayramın sonunda isə "Azərsun Holdinq" tərəfindən gənc rəssamlara və heykəltəraşlara ilk Duz Bayramında iştirak etdiklərinə görə sertifikalar təqdim edib.Tədbir atəşfəşanlıqla başa çatıb.

sia.az

Digər xəbərlər