PDF Oxu

Siyasət

  • 46

Naxçıvan Muxtar Respublikasında dairə seçki komissiyaları əməkdaşlarının və məntəqə seçki komissiyaları sədrlərinin attestasiyasına başlanılıb

Naxçıvan Muxtar Respublikasında dairə seçki komissiyaları əməkdaşlarının və məntəqə seçki komissiyaları sədrlərinin attestasiyasına başlanılıb

Naxçıvan Muxtar Respublikasında (MR) dairə seçki komissiyaları əməkdaşlarının və məntəqə seçki komissiyaları sədrlərinin attestasiyasına başlanılıb.

AzərTAc xəbər verir ki, attestasiyada dairə seçki komissiyaları sədrlərinin, katiblərinin, katiblik əməkdaşlarının və məntəqə seçki komissiyaları sədrlərinin bilik və bacarıqları müəyyənləşdiriləcək.

İyulun 26-da başa çatacaq attestasiya Naxçıvan MR Mərkəzi Seçki Komissiyası və Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə əməkdaşlığı ilə həyata keçirilir.

Attestasiyada suallar imtahan verəcək əməkdaşların tutduqları vəzifələrə görə komplektləşdirilib.

Hər gün 4 qrup şəklində aparılacaq imtahanlarda 334 nəfər iştirak edəcək.

Hər qrup üçün 60 sual müəyyənləşdirilib. Bu suallardan 30-u Azərbaycan Respublikası Seçki Məcəlləsindən, digər 30-u isə vəzifələrə uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiyasından, Naxçıvan MR Konstitusiyasından, maliyyə qanunvericiliyindən, kargüzarlığın aparılması qaydalarından bəhs edən, eləcə də kompyuter biliyini və məntiqi yoxlayan suallardan ibarətdir.

İlk gündə 7 dairə seçki komissiyası üzrə dairə seçki komissiyalarının 14 nəfər katibi, 7 baş məsləhətçisi, 7 böyük məsləhətçisi, 7 aparıcı məsləhətçisi olmaqla, ümumilikdə, 35 nəfər attestasiyada iştirak edib.

Attestasiyanın iyul ayında keçirilməsi təsadüfi deyil. Belə ki, 2014-cü ilin sonunda Azərbaycan Respublikası üzrə bələdiyyələrin 5 illik fəaliyyət müddəti başa çatacağına görə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Attestasiya seçkilərdən əvvəl seçki komissiyaları əməkdaşlarının bilik səviyyələrinin və peşəkarlıqlarının yoxlanılmasında, eləcə də seçkiqabağı kadr çatışmazlığının qarşısının alınmasında mühüm rol oynayacaq.

AzərTAc

Digər xəbərlər