PDF Oxu

Siyasət

  • 49

Azərbaycan din-dövlət münasibətlərində bütün dünyaya nümunə olacaq təcrübə məktəbidir

Azərbaycan din-dövlət münasibətlərində bütün dünyaya nümunə olacaq təcrübə məktəbidir

YAP İsmayıllı rayon təşkilatı Müqəddəs Ramazan ayı münasibətilə Gəndov kəndində oruc tutan qadınlar üçün iftar süfrəsi təşkil edib.

Mərasimdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova iftar süfrəsinə təşrif gətirən qadınlara xoş arzularını bildirərək, onları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Rayon təşkilat sədri Ulu Öndər Heydər Əliyevin sürətli inkişaf strategiyasının uğurlarının təməlində düşünülmüş, uzaqgörən siyasət, davamlı inkişaf, sabaha inam, sabitliyin və əmin-amanlığın bərqərar olduğu Azərbaycan kimi güclü dövlətin vətəndaşları olmaqla fəxr etdiyini bildirib: "Dövlət müstəqilliyinin bərpasından sonra bütün sahələrdə iqtisadi-siyasi islahatların, güclü ordu quruculuğunun, çoxşaxəli, irimiqyaslı sosial proqramların və layihələrin uğurla həyata keçirilməsi, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişafına və zəngin mədəniyyətimizin dünyanın sivil Qərb və Şərq ümumbəşəri dəyərlərinə inteqrasiyasına hərtərəfli müsbət təsirini göstərib. Bu inkişaf və yüksəliş din-dövlət münasibətlərinin möhkəm və sağlam təməl üzərində qurulmasına zəmin yaratmış Azərbaycanı bütün dünya ölkələri üçün nümunə olan bir səviyyəyə çatmışdır. Dövlətimizin əsas ideoloji dayağı olan azərbaycançılıq məfkurəsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin inkişafında mühüm rol oynamışdır".

Ə.Vahabova çıxışında onu da bildirib ki, son illərdə paytaxt Bakıda keçirilən beynəlxalq humanitar forumlar, dini-dövlət məsələləri, millətlərarası multikulturalizm dinlərarası dialoqlar dünya və islam dini liderlərinin patriarxların ölkəmizə səfərləri ölkə Prezidenti İlham Əliyevin görüşləri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin yaşadılması və dünya miqyasında tanıdılması istiqamətində gördüyü təqdirəlayiq, möhtəşəm işlər Azərbaycanda hərtərəfli inkişaf getdiyini bir daha təsdiqləyir: "Gücümüz, birliyimiz, həmrəyliyimiz və davamlı inkişafımız bilavasitə Ulu Öndərimizin milli siyasətinin uğurlu davamı, Möhtərəm Prezidentimiz İlham Əliyevin praqmatik liderlik keyfiyyətləri və yorulmaz fəaliyyəti ilə bağlıdır. Bütün görülən işlər xalqımızın xoşbəxt gələcəyinə, müstəqilliyimizin əbədiliyinə və dönməzliyinə təminat yaradır."

YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova çıxış edərək, iftar süfrəsində iştirak edən qadınları Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, onlara ailə səadəti, ruzi-bərəkət, dövlətimizin inkişafı naminə görülən işlərdə yeni-yeni uğurlar arzulayıb.

ZÜMRÜD

Digər xəbərlər