PDF Oxu

Siyasət

  • 50

Mehriban Abasquliyeva: "YAP Sabunçu rayon təşkilatı bələdiyyə seçkilərinə qələbə əzmi ilə gedir" AÇIQLAMA

Mehriban Abasquliyeva: "YAP Sabunçu rayon təşkilatı bələdiyyə seçkilərinə qələbə əzmi ilə gedir" AÇIQLAMA

"Bildiyimiz kimi, YAP xeyli müddət əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Qarşıya qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP qələbə çalsın, ənənəsinə uyğun olaraq yerli özünüidarə orqanlarında hakim partiya nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. İnanırıq ki, biz buna nail ola biləcəyik". Bu fikirləri SİA-ya açıqlamasında YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bələdiyyə seçkilərinə hazırlıqla bağlı münasibətini açıqlayarkən deyib.

Mehriban Abasquliyeva bildirib ki, YAP-ın belə bir qələbə qazanması üçün kifayət qədər əsaslar var: "Bu gün ölkədə Prezidentin rəhbərliyi altında xüsusilə bölgələrdə, regionlarda aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşdırılması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişiklər-bütün bunların hamısı regionlarda insanların həyatında, məişətində müsbət dəyişikliklər yaradıb. Əlbəttə ki, bütün bunların hamısı yerli özünüidarə orqanlarına seçkilərdə YAP-ın istinad edə biləcəyi böyük resursdur və biz inanırıq ki, məhz bu resursun sayəsində, cənab Prezident İlham Əliyevin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq. Yerli idarə orqanlarında YAP-ın təmsilçiləri geniş miqyasda təmsil olunma imkanları əldə edəcəklər. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən müşavirədə də bu amil xüsusilə vurğulandı. Əlbəttə ki, partiyamızı təmsil edən namizədlər də öz uğurlu platformaları ilə ölkənin inkişafına öz töhfələrini verəcəklər. Söz yox ki, YAP Sabunçu rayon təşkilatı da öz növbəsində bələdiyyə seçkilərinə qələbə əzmi ilə gedir".

sia.az

Digər xəbərlər