PDF Oxu

Siyasət

  • 43

Azərbaycanla İran arasında sənəd imzalanacaq

Azərbaycanla İran arasında sənəd imzalanacaq

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb. Bu barədə SİA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.Məlumata görə, görüşdə tərəflər iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqların artırılmasının zəruriliyindən danışıb və əməkdaşlıqların gələcək perspektivi haqda müzakirə aparıblar.Görüş zamanı Əli Abbasov İrana sonuncu səfəri haqda danışıb və bu ölkənin rəsmiləri ilə keçirdiyi görüşlərin səmərəli olduğunu bildirib: "İki ölkə arasında rabitə və informasiya texnologiya sahəsində əməkdaşlıqların artırılması üçün sənəd hazırlanıb və yaxın gələcəkdə imzalanacaq".Görüşdə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin də öz növbəsində iki ölkənin özəl sektorunda çalışan şirkətlərin əməkdaşlıqlarının artırılmasının zəruriliyindən danışıb. O bildirib ki, yaxın gələcəkdə İranınn rabitə və informasiya texnologiyaları sahəsində çalışan tanınmış şirkətlərindən təşkil olunmuş nümayəndə heyəti Bakıya gələcək.

sia.az

Digər xəbərlər