"ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) xaricdə yaşayan erməni diasporunun və Ermənistan dövlətinin maraqlarına xidmət edən bir təşkilatdır. Bu təşkilat həmin maraqlara uyğun olaraq Azərbaycanda anti-milli, anti-Azərbaycan qüvvələrinin formalaşmasında və onların fəaliyyətində kifayət qədər ciddi rol oynayır". Bu fikirləri SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı USAID-in Azərbaycandakı fəaliyyətindən danışarkən deyib.Millət vəkili vurğulayıb ki, bu bütün tərəfləri ilə özünü göstərir və təsdiq edir: "Yəni burada hər hansı bir mübahisə ola bilməz. Bu bir aksiomadır. Həmin təşkilatı da heç şübhəsiz ki, maliyyələşdirən ABŞ-da fəaliyyət göstərən erməni təşkilatları və diasporudur. Bunun vasitəsilə onlar Azərbaycanın daxilində Xədicə İsmayılova, Leyla Yunus kimi anti-milli, anti-Azərbaycan qüvvələrin fəaliyyətinə şərait yaradırlar. Eyni zamanda onların fəaliyyətini hərtərəfli şəkildə stimullaşdırmaq üçün maliyyə dəstəyi də verirlər".F.Ağamalı deyib ki, bu cür insalara qarşı Azərbaycanın müvafiq qanunları çərçivəsində ciddi və konkret addımlar atılmalıdır: "Belə insanlara qarşı qanunlar çərçivəsində addımlar atılanda USAİD kimi təşkilatlar insan haqları, söz və mətbuat azadlığı kimi universal təsir vasitələrini irəli çəkilir və onları himayə edirlər. Hesab edirəm ki, biz onlara fikir verməməli, Azərbaycan qanunları çərçivəsində sərt mövqe nümayiş etdirməliyik"."Xədicə İsmayılova, Leyla Yunus kimi anti-milli, anti-Azərbaycan qüvvələr həqiqəti özündə ehtiva etməyən, böhtan, iftira xarakterli, dövlətin imicinə ziyan vuran dosyeləri və məlumatları USAİD kimi təşkilatlara ötürməklə məşğuldurlar. Hətta onlar kimilər bununla kifayətlənmir və ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları ilə əmkdaşlıq edir və məlumatları çatdırırlar. Onlara qarşı Azərbaycan qanunun bütün imkanlarından sərt mövqe nümayiş etdirilməlidir, - deyə F.Ağamalı vurğulayıb.
sia.az