PDF Oxu

Siyasət

  • 53

Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb

Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb

Nizami rayonu 25 saylı II Seçki Dairəsindən seçilmiş Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçicilərilə görüşüb. Əvvəlcə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri S.Vəliyeva partiyaya üzv qəbul olunmuş rayon ağsaqqalı Hacı Əliağa Əhmədova vəsiqəni təqdim edib. Sonra Milli Məclisin deputatı seçicilərini dinləyib, onların problemlərilə maraqlanıb.

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti sturukturlarına müraciət etmək yolu ilə həll edilib. Həmçinin, millət vəkili S.Vəliyeva digər problemlərin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağını və qeyd edilən məsələlərin daim diqqət mərkəzində saxlanılacağını, onların həlli üçün işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyini seçicilərin nəzərinə çatdırıb.

Ü.ƏSGƏROV

Digər xəbərlər