"Kreml bizi vahid Gömrük İttifaqına sürükləmək istəyir". Bunu SİA-ya politoloq Vəfa Quluzadə Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Vladimir Jirinovski Kremli təmsil edir: "Elə ona görə də bu şəxs Azərbaycanı həmişə söyür və təhqir edirdi. Bununla o, Azərbaycana Kremlin münasibətini bildirirdi. İndi isə Kreml bizi bir təhər vahid Gömrük İttifaqına sürükləmək istəyir. Bu mənada da Vladimir Jirinovski Azərbaycanı tərifləyir və deyir ki, bizim sizə münasibətimiz yaxşıdır. Hesab edirəm ki, burada başqa heç nədən söhbət gedə bilməz".Qeyd edək ki, Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib. O, qeyd edib ki, real müsbət nümunə var: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib. O, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.
sia.az