Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə "Rossiya 24" telekanalında Azərbaycan və Azərbaycan rəhbərliyi haqqında səsləndirdiyi fikirlərə görə təşəkkür edib. SİA bu barədə PA rəsmisinin "Twitter" səhifəsinə istinadən xəbər verir. "Azərbaycan, onun Ümummilli Lideri və Prezident İlham Əliyev haqqında "Rossiya 24" telekanalında dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm"- deyə, Novruz Məmmədov qeyd edib:Prezident Administrasiyası rəhbərinin müavini həmçinin vurğulayıb ki, "RBK" kanalında bəzi jurnalistlər "Rossiya 24" də baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var: "Amma görünür ki, "RBK" -nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez "səhv salırlar."Qeyd edək ki, Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.
sia.az