PDF Oxu

Siyasət

  • 57

Eldar İbrahimov: Ölkəmizdə iqtisadi inkişaf böyük vüsət alıb

Eldar İbrahimov: Ölkəmizdə iqtisadi inkişaf böyük vüsət alıb

"Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Bu inkişaf iqtisadiyyatda da böyük vüsət alıb". Bu fikirləri YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət 2014-cü ilin birinci yarısında dinamik inkişafın davam etməsinə səbəb olub. Onun sözlərinə görə, bu ilin ötən 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz olub.

"Qeyri-neft sektorunun ÜDM-də payı 56,3 faizə çatıb. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Ümumilikdə isə, 2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib"- deyə, komissiya sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər