PDF Oxu

Siyasət

  • 59

Hikmət Babaoğlu: “Jirinovskiyə xüsusi minnətdarlıq etməyə ehtiyac yoxdur”

Hikmət Babaoğlu: “Jirinovskiyə xüsusi minnətdarlıq etməyə ehtiyac yoxdur”

"Vladimir Jirinovski ahıl yaşında bir dəfə Azərbaycanla bağlı gerçəklikləri dilə gətirib, ədalətli olmağa çalışıb"

"Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər müsbətdən daha çox obyektiv fikirlərdir. Əslində bu fikirlər doğru və Azərbaycana olan realist münasibətin, gerçəkliklərin Vladimir Jirinovskinin dilindən səsləndirilməsidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.H.Babaoğlu hesab edir ki, Azərbaycan xalqı, ictimaiyyəti bu fikirlərinə görə Vladimir Jirinovskiyə xüsusi minnətdarlıq etməli deyil: "Vladimir Jirinovskinin mövqeyi bu gün Azərbaycan reallıqlarının dərk edilməsi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyasının və mövcud siyasi obyektivliyin qiymətləndirilməsini əks etdirən mövqedir. Bizim haqqımızda müxtəlif dairələrdə həmişə o qədər qərəzli mövqelər olub ki, bir obyektiv fikir olanda buna sevinirik. Hesab edirəm ki, bu fikirlərinə görə Vladimir Jirinovskiyə xüsusi minnətdarlıq etməyə də ehtiyac yoxdur. Sadəcə Vladimir Jirinovski ahıl yaşında bir dəfə Azərbaycanla bağlı gerçəklikləri dilə gətirib, ədalətli olmağa çalışıb".Vladimir Jirinovskinin nədən indi bu möqeyə gəlməsi məsələsinə gəlincə isə Hikmət Babaoğlu bildirib ki, bu mövqe Azərbaycana olan xüsusi simpatiyadan irəli gəlmir: "Vladimir Jirinovskinin bu fikirləri regional lider olaraq Rusiya Federasiyasının müxtəlif dairələrində Azərbaycanın gücünün qiymətləndirilməsi və başa düşülməsindən irəli gəlir. Azərbaycan bu gün təkcə regional proseslərin yönləndiricisi, istiqamətləndiricisi deyil, eyni zamanda hazırki güclü mövqeyi ilə qlobal proseslər təsir edəcək iqtidardadır. Bu isə Azərbaycan dövlətinin, hakimiyyətinin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. İndiki mərhələdə bunun obyektiv şəkildə qiymətləndirilməsi Rusiyada bəzi dairələrin Azərbaycan faktorunu qiymətləndirilməsi zərurətindən doğub. Sadəcə Vladimir Jirinovskinin dilindən bu fikirlər səsləndirilib".

sia.az

Digər xəbərlər