PDF Oxu

Siyasət

  • 70

Aqil Abbas: “Avropanın müəyyən institutları Azərbaycanda əlli hoqqadan çıxır” AÇIQLAMA

Aqil Abbas: “Avropanın müəyyən institutları Azərbaycanda əlli hoqqadan çıxır” AÇIQLAMA

"Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatların hər biri xristian təşkilatlarıdır və onların bizə qarşı münasibəti birtərəfli deyil". Bunu SİA-ya millət vəkili Aqil Abbas deyib.Millət vəkili hesab edir ki, bizim Beynəlxalq Qızıl Xaç Komitəsinə inanmaqdan başqa əlacımız da yoxdur: "Bu mənada düşünürəm ki, bu işi yalnız BQXK-i görə bilər. Bizim başqa ümid yerimiz də yoxdur. Misal olaraq, ATƏT, BMT kimi qurumların mənasız işini göstərə bilərik. Ümumiyyətlə, mənim bu təşkilatlara heç bir ümidim olmayıb".Leyla Yunusun həbs olunmasına və bu proseslərə siyasi don geyindirilməsinə gəlincə, deputat deyir ki, ən qatı cinayətkarın belə vəkili olur: "Təbii ki, hər bir demokratik ölkədə vəkil olur. Azərbaycanda da ən ağır cinayətlərdə günahkar bilinən şəxslərin vəkillər var. Bu şəxs Azərbaycan xalqının düşmənidir. Bu mənada düşünürəm ki, düşmən də öz cəzasını almalıdır. Bu şəxslə bağlı kampaniyanın aparılması Avropadan qrant, pul almağa hesablanıb. Avropanın Azərbaycanda müəyyən institutları var ki, onlar əlli hoqqadan çıxırlar. Təbii ki, Leyla Yunusun da özü bilavasitə bu işlə məşğuldur".

sia.az

Digər xəbərlər