"Leyla Yunus haqqında 3 aylıq həbs qəti-imkan tədbirinin seçilməsi dünən Azərbaycanın əsas xəbərləindən biri oldu". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.YAP rəsmisi bildirib ki, Leyla Yunusun rəsmi vəzifəsi olmasa da, bu xanım ölkədə yaxşı tanınır: "Özünü hüquq müdafiəçisi kimi təqdim etməyə çalışsa da, indiyə qədər onun konkret nə işlə məşğul olduğunu demək çox çətindir. Leyla Yunus 1992-93 illərdə AXC-Müsavat hakimiyyətənin əsas fiqurlarından biri idi və bir illik hakimiyyət Azərbaycanı vətəndaş müharibəsi və müstəqilliyini itirmək həddinə gətirib çıxardı.Hakimiyyətdən getdikdən sonra yoxa çıxan Yunus ara-sıra meydana çıxaraq radikal və təhrikçi addımları ilə özünü yada salmağa çalışırdı. Ən əsası isə ölkə daxilində və xaricində öz çağırışları ilə Azərbaycana qarşı sərt addımların atılmağını tələb edirdi. Bu çağırışların Ermənistanın çağırışları ilə üst-üstə düşdüyünün isə açıq-aydın görmək olardı.Leyla Yunus Azərbaycanın Avropa Şurasına qəbulunun, Azərbaycanda "Avroviziya" mahnı yarışmasının keçirilməsinin əleyhinə idi, eləcə də o, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının keçirilməsinin əleyhinədir. Tək əleyhinə olsaydı məsələyə diqqət etməmək olardı. O, QHT yaradır və onu dövlət qeydiyyatına keçirməkdən imtina edir. Əlbəttə bunu etsəydi, onda xaricdən aldığı böyük məbləğdəki qrantlar barəsində rəsmi hesabat verməli olardı. Ancaq o, yaddan çıxarırdı ki, bu artıq qanunsuz sahibkarlıq fəaliyyətidir. O, QHT yaradır və nədənsə ən sıx əlaqələrini Ermənistanın QHT-ləri ilə yaradır. Sadəcə əlaqələr də problem yaratmır, ancaq bu fəaliyyətin qaranlıq tərəflərinə dair isə Azərbaycanın hüquq-mühafizə orqanlarının artıq müəyyən sualları var.O, QHT yaradır və onu gah siyasi cəbhədə, gah insan hüquqları sahəsində istifadə etməyə çalışır. Ancaq bu fəaliyyət hətta bu sektorun tanınmış nümayəndələri tərəfindən qəbul edilmirdi. Çünki, onu ancaq Azərbaycan əleyhinə fəaliyyət maraqlandırırdı, kolleqaları isə onun bu xüsusi marağında müttəfiq olmaq istəmirdilər. Leyla Yunusun istintaqa çağırışlara məhəl qoymaması və istintaqda olan faktlar onun qısa müddətə saxlanmasına səbəb oldu.İndi isə bəzi müxalifət partiyaları onun müdafiəsinə qalxırlar. Diqqəti çəkən odur ki, onlar da Leyla Yunusla vaxtı ilə bir siyasi komandada idilər. Ola bilsin ki, onların Yunusun ittiham edildiyi məsələlərdə birbaşa iştirakı yoxdur, ancaq necə deyərlər "mənə dostunun kim olduğunu denən...".
sia.az