PDF Oxu

Siyasət

  • 59

Asəf Hacıyev: “Azərbaycana qarşı ikili standartların həyata keçirilməsinə son qoyulmalıdır” ÇAĞIRIŞ

Asəf Hacıyev: “Azərbaycana qarşı ikili standartların həyata keçirilməsinə son qoyulmalıdır” ÇAĞIRIŞ

"Son illər Azərbaycan xalqını və cəmiyyəti ikili standartlar çox narahat etməyə başlayıb. Dünyada nəinki əsir düşənlərlə, eləcə də baş verən digər milli zəmində cinayət hadisələri ilə bağlı çevik reaksiya praktikası mövcuddur və bu halda işğalçını dərhal cəzalandırırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən danışarkən deyib.Deputat bildirib ki, Azərbaycanın 20 ildən çoxdur ki, topaqları erməni silahlı qüvvələri tərəfindən işğal olunub: "Çox təəssüf ki, bununla bağlı hələ də heç bir iş görülməyib. Rəsmi Bakı hər dəfə olduğu kimi yenə də ikili standartlarla qarşılaşır. Bəs gəlin görək bunun kökündə nə dayanır? Görünür burada bir çox dövlətlər Azərbaycanda gedən yüksək inkişafdan qısqanclıq hissi duyurlar. Azərbaycanda artıq dünyada nümunə olan bir dövlətdir. Ölkəmiz bu gün regionda reallaşan bütün müsbət işlərə öz imzasını atır. Azərbaycan sülh siyasətini dəstəkləyir. Ölkəmiz kiçik dövlət olsa da BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü oldu. Hətta quruma bir neçə dəfə sədrlik də etdi. Bu kimi qurumlar artıq Azərbaycanın bu nüfuzunu anlamalı və başa düşməlidir.Beynəlxalq Qızıl Xaç Komitəsi kimi qurumlar başa düşməlidir ki, Azərbaycana qarşı ikili standartların həyata keçirilməsi mümkün deyil, buna son qoyulmalıdır. Ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət artıq bütün dünyaya məlumdur. Dövlət başçısı da bəyan etmişdi ki, "biz sülhsevər hər bir ölkə, təşkilatla əməkdaşlıq etməyə hazırıq amma Azərbaycana qarşı ikili standartlar tətbiq olunmamalıdır".

sia.az

Digər xəbərlər