PDF Oxu

Siyasət

  • 33

Niyaməddin Orduxanlı: “ “Amnesty İnternational” təşkilatı niyə narahat olub ki?

Niyaməddin Orduxanlı: “ “Amnesty İnternational” təşkilatı niyə narahat olub ki?

"Leyla Yunus ermənilərə cəsusluq edib. Şəxsən məndə Leyla Yunusun vətənə xəyanət etməsi ilə bağlı heç bir şübhə yoxdur. Çünki Leyla Yunus hər zaman Əlikram Hümbətovları, Bakıda metro terroru törədənləri müdafiə edib". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, Leyla Yunus hər zaman Ermənistanın milli maraqlarına xidmət edib: "Elə ona görədir ki, Leyla Yunusa 3 milyon dollardan artıq qrant layihəsi veriblər. Bu adam da verilən pullar müqabilində Azərbaycanın ictimai adamlarını Ermənistana aparıb. Bütün dünyaya göstərirmiş ki, Azərbaycanla Ermənistan arasında münaqişə aradan qalxıb və artıq gediş-gəliş yaranıb. Hesab edirəm ki, Leyla Yunusun əsas "fəaliyyətləri"ndən biri də bu olub. Leyla Yunus birbaşa Ermənistan xüsusi xidmət orqanlarına xidmət edib"."Digər tərəfdən ortaya sual çıxır ki, bu qədər pulun vergisini niyə gizlədirdin? Hansı inkişaf etmiş ölkədə bu qədər vəsaitin vergisini gizlətmək olar? ABŞ-da, Qərbdə bu cür hallar baş versə, dərhal həmin QHT sədrinə cinayət işi açılar. Vətənə xəyanətə görə isə, ömürlük azadlıqdan məhrum edərlər - deyə, Orduxanlı vurğulayıb.BAXCP sədrinin müavini qeyd edib ki, radikal müxalifət düşərgəsi, xüsusən də Əli Kərimli Leyla Yunusu müdafiə etmək üçün dəridən-qabıqdan çıxır: "Hesab edirəm ki, Əli Kərimlinin əlinə imkan düşüb. Az qalır beynəlxalq təşkilatların gözünə girmək üçün Leyla Yunusu Nelson Mandela ilə müqayisə etsin. Heç olmasa indi utanın ki, bu adam bütün ömrünü erməniyə nökərçilik etməklə keçirib. Leyla Yunusun özü belə bunu deməkdən çəkinməyib. Bu faktın özü onu göstərdi ki, Əli Kərimli kimi insanlar üçün heç bir dəyər, meyar yoxdur".N.Orduxanlı "Amnesty İnternational" təşkilatının Leyla Yunusla bağlı verdiyi bəyanata da münasibət bildirib: ""Amnesty İnternational" təşkilatı niyə narahat olub ki? Leyla Yunus birbaşa vətənə xəyanətdə ittiham olunub və hal-hazırda da istintaq gedir. Bu tip təşkilatlar daima Azərbaycanın milli maraqlarına zərbə vuranları müdafiə etməklə məşğul olub. Eyni zamanda həmişə Ermənistanın milli maraqlarına xidmət ediblər. Odur ki, bu təşkilatın verdiyi hər hansı bir bəyanatın heç bir əhəmiyyəti yoxdur. Bu, gözlənilən idi. Vətən satqınları öz cəzalarını almalıdılar".

sia.az

Digər xəbərlər