PDF Oxu

Siyasət

  • 40

YAP rəsmisi: “Azərbaycan tərəfi dəfələrlə bunu bəyan edib” AÇIQLAMA

YAP rəsmisi: “Azərbaycan tərəfi dəfələrlə bunu bəyan edib” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan artıq formalaşmış dövlətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Leyla Yunusun həbs olunmasında və bu proseslərə siyasi don geyindirilməsi məsələsinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, Azərbaycanda qanunu pozan hər bir kəs elə qanun qarşısında da cavab verməlidir: "Burada kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Bu mənada Leyla Yunus və hər kəs anlamalıdır ki, Azərbaycanın ərazisində yaşayan, onun vətəndaşı olan şəxs əgər ölkə qanunlarını pozursa o, qanun qarşısında da cavab verməlidir. Birmənalı şəkildə bunu hamı (jurnalist, siyasətçi və s.) anlamalıdır. Azərbaycan tərəfi dəfələrlə bunu bəyan edib".

sia.az

Digər xəbərlər