Azərbaycanın dövlətçilik maraqlarına xidmət etmək, onu qorumaq, xalqına, millətinə, milli mənafeyinə vicdanla xidmət etmək hər birimizin borcudur. Yox əgər kimsə milli maraqlarımıza zərbə vurursa, düşmən mövqeyinə xidmət göstərirsə, həmin şəxs qanun qarşısında dayanmalıdır".Bu fikirləri SİA-ya açıqlamaısnda millət vəkili Mirkazım Kazımov bildirib.Millət vəkili qeyd edib ki, Leyla Yunusun əməllərinə hüquq-mühafizə orqanları öz qiymətini verəcək: "Onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib, istintaq gedir. İstintaq hər şeyi ortaya çıxaracaq, kimin nə deməsindən asılı olmayaraq tam obyektiv şəkildə qanun nəyi tələb edirsə, o da olacaq".
sia.az