PDF Oxu

Siyasət

  • 53

Mais Səfərli: “Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur” AÇIQLAMA

Mais Səfərli: “Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur” AÇIQLAMA

"Bu gün Azərbaycanın inkişafı və dünyanın ən nüfuzlu dövlətləri ilə bir arada olması bəzi xarici ölkələrin qısqancılığına səbəb olur. Xüsusilə də ermənipərəst qüvvələr bundan daha çox narahatdırlar". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Beynəlxalq "Amnesty International" təşkilatının Leyla Yunusun müdafiəsinə qalxmasına münasibət bildirərkən deyib.Mais Səfərlinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil və ölkəmizin milli maraqlarına uyğun siyasət yeritməsi bir sıra dövlətlərin ürəyincə deyil: "Bu mənada da düşünürəm ki, Beynəlxalq "Amnesty International" təşkilatı Azərbaycana təzyiq etmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edir. Leyla Yunus uzun müddətdir ki, Azərbaycanı aşağılamaq və beynəlxalq aləmdə gözdən salmaqla məşğul olub. Hər kəs yaxşı bilir ki, Leyla Yunusun bu əməlləri ölkəmizin milli maraqlarına tamamilə zidd idi. Bu addım birmənalı şəkildə Azərbaycanı satmağa yönəlmişdi. Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur. Bu mənada da düşünürəm ki, hazırda istintaq davam edir və onun barəsində tutarlı faktlar ortaya qoyur. Hesab edirəm ki, əgər istintaqın əlində tutarlı faktlar olmasaydı, bu şəxs həbs oluna bilməzdi. Təbii ki, bu bir daha onu sübuta yetirir ki, Leyla Yunus Azərbaycanı sevməyən sözügedən təşkilatların əlaltısıdır".

sia.az

Digər xəbərlər