"Ermənistan-Azərbaycan cəbhə xəttindən gərgin xəbərlər gəlir". SİA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə öz "facebook" səhifəsində məlumat paylaşıb.Deputat deyib ki, Ermənistan diversiya qruplarının bizim mövqeləri ələ keçirmək üçün cəhdlər etdiyi və xırda döyüşlər getdiyi bildirilir: "İgid əsgər və zabitlərimiz düşmənin həmlələrinə qəhrəmancasına cavab verir, Azərbaycan torpağını mərdliklə qoruyurlar. Düşmənin xeyli itki verdiyi xəbərləri yayılır. İşğalçı qüvvələr növbəti dəfə Azərbaycan silahının zəhmini və gücünü hiss edirlər.Qarşıdurmada Azərbaycan əsgər və hərbi qulluqçularının da şəhid olduğu bildirilir. Şəhidlər öz həyatları hesabına torpağı qoruyurlar. Xalqımız ən dəyərli oğullarını itirir. Allah onlara rəhmət eləsin!Bu vəziyyətdə qəlbən və düşüncəmizlə qəhrəman əsgər və zabitlərimizin yanındayıq. Onlara Allahdan güc və hifz olunmalarını arzu edirik".
sia.az