"Düşmənə ən layiqli cavab Azərbaycan gəncinin, hərbiçisinin cavabıdır"
"İşğalçı ölkənin bu təxribatçı hərəkətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən fikrin yayındırılmasına hesablanıb". Bunu SİA-ya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil, eyni zamanda bütün bu provokasiya xarakterli əməlləri ilə münaqişədən fikri yayındırmağa çalışır. Hazırda bu dövlət iqtisadi və hərbi böhran məngənəsində çırpınır. Rəsmi İrəvan artıq dərk edir ki, ermənilər özgəsinin torpağında qalmaq istəmir və nəticədə başqa ölkələrə köç edir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrləri hələ də ermənilərin başına ağıl qoymur. Bununla yanaşı, beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartlar davam edir. Ermənistanı dayandırmağın yalnız bir yolu var. Bu da Azərbaycan ordusunun onlara layiqli cavabı verəcəyi an olacaq. İşğalçı ölkə Azərbaycan ordusunun gücünü bilir və bundan qorxu hissi keçirir. Biz gec-tez torpaqlarımızı azad edəcəyik. Həmin gün o qədər də uzaqda deyil.Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin ordumuza böyük diqqəti var. Bununla belə, tez-tez cəbhəyanı bölgələrdə səfərdə olan müdafiə naziri Zakir Həsənov orada əsgərlərimizlə görüşlər keçirir, təlimlərdə iştirak edir. Düşmənə ən layiqli cavab Azərbaycan gəncinin, hərbiçisinin cavabıdır. Bu gün ermənilər elə bir xəstəliyə tutulub ki, müalicə öz effektini vermir. Onlar mütləq əməliyyat olunmalıdırlar. Təbii ki, bu əməliyyat da Azərbaycan əsgərinin qılıncından keçir. Bu qaniçənlər 9 yaşında uşağı öldürürlər, oyuncağın içərisinə partlayıcı qoyub çaya axıdırlar, əsirlərlə insan kimi rəftar etmirlər və beynəlxalq hüquq normalarına əməl etmirlər. Bir sözlə, onlar insan alverinə kimi hər şeylə məşğuldurlar. Bu mənada hesab edirəm ki, ATƏT və BMT artıq onların bu terrorçu hərəkətləri haqqında ciddi düşünməlidir".
yap.org.az