Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı bəyanat verib. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "Biz təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində çoxsaylı itkilərə səbəb olmuş son silahlı toqquşmalardan narahatıq. AB hər iki tərəfi atəşkəsə dərhal əməl etməyə, güc tətbiqindən və hədələrdən çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə çağırır. Avropa Birliyi xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli istiqamətində səylərin fəallaşdırılmasında iştiraka, eləcə də münaqişənin sülh yolu ilə həlli prosesinə ATƏT-in Minsk qrupunu ilə birlikdə töhfə verməyə hazırdır".
sia.az