PDF Oxu

Siyasət

  • 87

“Leyla Barseqyana azadlıq!” ŞOK-FOTOFAKT

“Leyla Barseqyana azadlıq!” ŞOK-FOTOFAKT

Erməni bloggerləri: "Bizim güllələrimiz Leyla Yunusa görə cavabdır"

Sülh və Demokratiya institunun direktoru Leyla Yunusun həbsi onun erməni tərəfdarlarını ciddi şəkildə sarsıdıb. SİA-nın məlumatına görə, erməni bloggerlər Yunusun həbsinə etiraz edir və onu "böyük qadın" adlandırıblar. Belə ki, Leyla Yunusun tərəfini saxlayan erməni bloggerlər onun "Artsax və Ermənistan üçün" kifayət qədər çox iş gördüyünü yazırlar.

Cəbhədə baş verən hadisələrdən sonra, nə qədər təəccüblü görünsə də, erməni bloggerlər hesab edirlər ki, Ermənistan ordusu, məhz Leyla Yunusa görə intiqam alır. Belə ki, "Novosti Armenii" saytı belə bir yazı materialı hazırlayıb – "DQR-in Müdafiə Nazirliyi: "Bakının fantaziya maşını fantaziyalar qurmaqda davam edir". Məhz bu başlıqlı yazı materialından sonra erməni bloggerlər öz aralarında diskussiya açaraq yazıblar ki, baş verən silahlı qarşıdurmalar ermənilərin Leyla Yunusa görə qisasıdır.

Məsələn, blogger Aaram Davidyan yazır ki, Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusu həbs ediblər və bu böyük qadın Artsaxın müstəqilliyi üçün əhəmiyyətli işlər görüb: "Eybi yox, biz yaxın zamanlarda Bakını da azad edəcəyik. Bax, onda Leyla Yunus azadlıqda olacaq. Bu qadın Artsaxın bütün orden və medallarına layiqdir. Azərbaycanlı əsgərlərin ölümü Leylaya görə qisasdır".

Həyasız erməni blogeri daha sonra bir az da irəli gedərək, xalqımıza qarşı həqarət edib və sualla yazısını tamamlayıb: "Nə qədər türmədə qalacaqsa, bir o qədər də bizim tərəfdən güllə və raket zərbələri alacaqsınız".

Digər erməni blogger – Sarqis Xaçatryan isə yazır: "Leyla Yunusu nəyə görə həbs etdilər? Ona görə ki, onun damarlarında erməni qanı axır... Bizlər, bütün artsaxlılar ona minnətdar olmalıyıq. Bizim əsgərlər o zamana qədər güllə atmalıdırlar ki, Leyla Yunus azadlığa çıxsın. Leyla Barseqyana azadlıq!!!"

Beləliklə, görünyüyü kimi, Ermənistanda Leyla Yunus üçün əməlli-başlı kampaniya aparılır. O, ermənilər tərəfindən qəhrəman erməni qadını obrazı kimi tanıdılır. Əbəs yerə deyil ki, onlar Leyla Yunusu ər soyadı ilə deyil, ərinin erməni anasının familiyası ilə çağırırlar.

Qeyd edək ki, bir müddət öncə Leyla Yunusun qızı da ermənilərin mövqeyindən çıxış edərək, şəhid olan hərbi qulluqçularımızın ruhlarını təhqir edib. Bununla da bir daha sübuta yetirilib ki, Leyla Yunus-Barseqyan və onun ailəsi bilavasitə ermənilərə işləyib.

sia.az

Digər xəbərlər