PDF Oxu

Siyasət

  • 46

Millət vəkili: "İşğalçı ölkə Azərbaycan ordusunun gücünü bilir və bundan qorxur"

Millət vəkili: "İşğalçı ölkə Azərbaycan ordusunun gücünü bilir və bundan qorxur"

"Ermənistan müstəqil dövlət deyil, o, forpostdur. Bu ölkə işğalçılıq siyasətindən əl çəkmək istəmir. Erməni tərəfi təxribatçı hərəkətləri ilə münaqişənin həllindən yayınmağa çalışır. Hazırda bu dövlət iqtisadi və hərbi böhran məngənəsində boğulur". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Elman Məmmədov deyib.E. Məmmədov bildirib ki, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri əməli fəaliyyət göstərmir: "Beynəlxalq müstəvidə Azərbaycana qarşı ikili standartlar davam edir. Ermənistanı dayandırmağın yalnız bir yolu var, bu da Azərbaycan ordusunun onlara layiqli cavabı verəcəyi an olacaq. İşğalçı ölkə Azərbaycan ordusunun gücünü bilir və bundan qorxu hissi keçirir. Biz gec-tez torpaqlarımızı azad edəcəyik".

sia.az

Digər xəbərlər