PDF Oxu

Siyasət

  • 37

İlham Məmmədov: "Kimi dindirirsən, "mən hazıram" deyir" MÜNASİBƏT

İlham Məmmədov: "Kimi dindirirsən, "mən hazıram" deyir" MÜNASİBƏT

"Vətən uğrunda canlarlından keçən Vətən oğulları bizim fəxrimizdirlər. Şəhidlik insanlığın ali məqamıdır. Bu adı qazananlar əbədi yaşar insanlardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar xalqımızın tarixinin qəhrəmanlıq salnamələridirlər". Bu fikirləri YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov son günlər cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı məsələyə münasibət bildirərək deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanın Ordu quruculuğu istiqamətində apardığı işlər öz müsbət nəticələrini verir: "Mən bütün cəbhəboyu bölgələrlə əlaqə saxlayıram. Çox yüksək əhval-ruhiyyə var. İndi uşaqdan böyüyə qədər hamı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırdır. Kimi dindirirsən, "mən hazıram" deyir. Bilirsiniz, müharibədə yalnız silahın gücünə qalib gəlmək mümkün deyil. Burada əzm, iradə, ruh böyük önəm daşıyır. Bu mənada həm ordumuz, həm də bütövlükdə xalqımızda böyük ruh yüksəkliyi var. Təbii ki, ruh yüksəkliyi ilə texniki gücün bir yerdə olması qələbəmizin təminatçısıdır. Buna görə Ali Baş Komandanımıza minnətdar olmalıyıq. Son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan öz torpaqlarını öz gücü ilə azad etməyə qadirdir. İndi internet əsridir. Ermənistan itkilərini gizlətməyə çalışsa da, hər şey bizə aydındır. Düşmən tərəf ciddi itki ilə geri çəkildi".

İ.Məmmədov millət vəkili olaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə atılmağa hazır olduğunu deyib: "Deputat həmkarlarımın hər biri bu fikirdərirlər. Ali Baş Komandanımızın əmrini gözləyirik".

sia.az

Digər xəbərlər