"Ermənistan həmişə olduğu kimi, öz xain xislətini göstərməklə münaqişənin həlli ilə bağlı danışıqları pozmağa çalışır. Düşmən tərəf bu təxribatları törətməklə özünü daha da çətin vəziyyətə saldı". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan cəbhədə təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa cəhd edir və görünür, Ermənistan təxribatlar zamanı xeyli sayda itki verdiyinə görə bu məsələni ortalığa çıxara bilmir: "Ona görə ki, hazırda Ermənistanda insanlar ayağa qalxıb, Serj Sarkisyana qarşı mitinqlər keçirirlər. Bu baxımdan, etirazların qarşısını almaq üçün, qorxularından itkilərin sayını gizlədirlər. Digər bir tərəfdən, Dağlıq Qarabağ problemini uzatmaqla Ermənistan özünü daha böyük uçuruma aparır. Dağlıq Qarabağ problemi həll olunmayana kimi, Ermənistan əhalisi Azərbaycandan da çox zərər görəcək, bu günki kimi ac-yalavac, dilənçi vəziyyətində yaşayacaqlar. Dünyaya məlumdur ki, Ermənistanda ölkə iqtisadiyyatı batıb, hər il çoxlu sayda erməni ölkədən köçüb gedir. Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır".
sia.az