PDF Oxu

Siyasət

  • 47

Tahir Rzayev: "Bu susqunluq davam etsə, münaqişə kəskinləşəcək Münasibət

Tahir Rzayev: "Bu susqunluq davam etsə, münaqişə kəskinləşəcək Münasibət

"Ermənistanın son günlər cəbhədə həyata keçirdiyi təxribat-diversiya aktları beynəlxalq aktlara, eyni zamanda BMT-nin qəbul etdiyi 4 qətnaməyə ziddir. Çünki işğalçı ölkə öz adı ilə çağırılmalı və ona təsir mexanizmi mövcud olmalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, habelə son günlər cəbhədə həyata keçirdiyi təxribat-diversiya aktlarından sonra bu ölkəyə qarşı sanksiyaların tətbiq olunmasının gündəmə gəlməsi məsələsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, təsir mexanizmlərindən biri həmin işğalçı ölkəni vaxtında öz adı ilə çağırmaq və onlara qarşı olduqca ciddi sanksiyalar tətbiq etməkdir: "Nədənsə beynəlxalq qurumlar Ermənistanın son günlər həyata keçirdiyi təxribatlara susurlar. Əgər bu susqunluq uzun müddət davam etsə, gələcəkdə münaqişənin kəskinləşməsi qaçılmazdır".O, beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırkı yanaşma tərzini tənqid edib: "Bu yanaşma tərzi ilə sanksiyaların tətbiq ediləcəyi inandırıcı görünmür. Təəssüf ki, 20 ildən artıq vaxt keçir, ancaq ATƏT-in Minsk qrupu məsələyə ikili standartdan yanaşır. Ukraynadakı hadisələrdən dərhal sonra Avropa İttifaqı digər beynəlxalq qurumlarla birlikdə Rusiyaya qarşı ciddi sanksiyalar həyata keçirmişdi. Ukrayna məsələsində Qərb tərəfindən Rusiyaya qarşı göstərilən sərt münasibət Ermənistana da göstərilsə, münaqişə qısa müddətdə həllini tapar. Çünki Qərbin yanaşmasından çox şey asılıdır. Heç sanksiyalar olmasa belə, azacıq təzyiq öz nəticəsini verə bilər. Dağlıq Qarabağdakı son gərginliklər BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunmalı, daha qəti addımlar atılmalıdır".

sia.az

Digər xəbərlər